Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vəfaya doğum günündə 25 minlik saat HƏDİYYƏ OLDU - VİDEO

Vəfaya doğum günündə 25 minlik saat HƏDİYYƏ OLDU - VİDEO

Tarix: 7 Yanvar 2023 05:35

Müğənni Vəfa Şərifovaya bahalı hədiyyə olunub. 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib. 

Vəfa bildirib ki, kişi pərəstişkarı ona dəyəri 25 min manatlıq qol saatı hədiyyə edib. 

"Çox dəyərli bir hədiyyədir. Amma o hədiyyəni qəbul etməyəcəyəm. Geri qaytaracağam. Çünki qəbul edəcəyim bir hədiyyə deyil. Bizim bir söhbətimiz olmuşdu. Onunla çox pis dalaşmışdım. Həmin şəxs fanatım idi. Könlümü almaq üçün belə bir hədiyyə alıb. Mənə 25 min manatlıq qol saatı göndərib", - deyə Şərifova vurğulayıb. 

Verilişin aparıcısı Zaur Kamalın "Həyat yoldaşına görə həmin hədiyyəni qəbul etmək istəmirsən?" sualına Vəfa "Xeyr, özüm istəmirəm o hədiyyəni götürmək. Kiçik bir hədiyyə olsaydı götürərdim, amma qiymətli olduğuna görə götürməyəcəyəm. Üstündə də qiyməti yazılıb. Pərəstişkarımla aramda çox böyük söz-söhbət olmuşdu" cavabını verib. 

Zaurun "Ailə dağıtmaq kimi?" ifadəsinə Şərifova "Hardasa hə... Amma bu söhbətin üstü açıldı. Məlum oldu ki, belə bir məsələ deyil. Kuryerlə hədiyyəni evə göndərib. Amma söylədiyim ki, hədiyyəsini geri qaytaracağam" sözlərini dilə gətirib. 

Milli.Az


Etiketlər:  Vəfaya doğum günündə 25 minlik saat HƏDİYYƏ OLDU VİDEO


RƏYLƏR