Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna 27 milyard dollar yardım alıb

Ukrayna 27 milyard dollar yardım  alıb

Tarix: 7 Yanvar 2023 08:14

Ukrayna 2022-ci ildə beynəlxalq tərəfdaşlardan təxminən 1 trilyon qrivna (27 milyard ABŞ dolları) alıb. Bu məbləğin 410 milyard qrivnası (11,2 milyard dollar) ABŞ tərəfindən köçürülüb.

Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal teleqram səhifəsində yazıb.

Baş nazirin sözlərinə görə, Ukraynaya beynəlxalq maliyyə yardımını əsasən, ABŞ, Avropa İttifaqı ölkələri, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu, Kanada, Böyük Britaniya, Dünya Bankı və Yaponiya edib.

"Keçən il Ukraynaya maliyyə dəstəyi göstərən bütün ölkələrin hökumətlərinə və xalqlarına minnətdarıq. Bunun sayəsində biz pensiyaları, sosial ödənişləri, müəllimlərin və həkimlərin maaşlarını bir gün belə gecikdirmədik", - deyə Şmıxal şərh edib.

Milli.Az


Etiketlər:  Ukrayna 27 milyard dollar yardım alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ