Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2023 12:15
Əməkdar artist Rühəngiz Musəvi həmkarı Əməkdar artist Bəsti Bəkirovanın həyat yoldaşından söz açıb.
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, sənətçi bu haqda "Elgizlə izlə" ictimai-sosial verilişində danışıb.
Proqramın aparıcısı Elgiz Əkbər Bəsti Bəkirovaya "Həyat yoldaşınıza gün verib, işıq verməmisiniz. Dəhşət qısqanc olmusunuz" sözlərini ünvanlayıb.
Bəsti isə Elgizə cavab olaraq "Qətiyyən qısqanc olmamışam. Bu haqda isə Rühəngiz xanım ətraflı danışa bilər" sözlərini dilə gətirib.
Bəkirovanın bu fikirlərini Musəvi "Ailə həyatı qurmazdan əvvəl Bəsti xanımı tanıyıram. Həyat yoldaşı çox qısqanc olub. Həyat yoldaşı qısqanclığına görə illərlə qoymayıb ki, Bəsti xanım efirlərə çıxsın" açıqlama verib.
Daha sonra Bəsti qısqanclıq mövzusuna "Heç zaman həyat yoldaşımı qısqanmamışam. Necə olur ki, o aylarla Nabranda qalır işləyir, mən isə Bakıda. Qısqanclıq hiss mənə yaddır. Qısqanmaq nəyə lazımdır. Oğlumu da gəlnimə qısqanmıram. Oğlumla gəlinimi mehriban görəndə özümü xoşbəxt hiss edirəm. O qədər sevinirəm ki... İnanın! Ümumiyyətlə qısqanclıq hissinin nə olduğunu bilmirəm" ifadələri ilə nöqtə qoyub.
Qeyd edək ki, Bəsti Bəkirova aylar əvvəl sözügedən verilişdə qonaq olduğu zaman həyat yoldaşı DYP-in keçmiş əməkdaşı olduğunu və Nabranda istirahət mərkəzlərinin olmasını açıqlayıb. Cütlüyün bu nikahdan iki oğlan övladı var.