Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2019 11:15
Bakı. İlhamə İsabalayeva - Trend:
Yaxın vaxtlarda bələdiyyə seçkilərinə hazırlıq işləri bitəcək.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
Onun sözlərinə görə, bu il dekabrın ikinci yarısında bələdiyyə orqanlarına seçkilər keçiriləcək.
M.Pənahov əlavə edib ki, bu seçkilərdə ölkədəki 1606 bələdiyyəyə 15 mindən artıq üzvün seçiləcəyi gözlənilir.
MSK sədri qeyd edib ki, seçkilərin keçirilməsi ilə əlaqədar müəyyən dövlət orqanlarının üzərinə də müəyyən öhdəliklər düşür.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin