Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ruslar hücuma keçdi, komandir

Ruslar hücuma keçdi, komandir

Tarix: 7 Yanvar 2023 20:48

Ukrayna sərhədçiləri Rusiya komandirini məhv edərək, Baxmut yaxınlığındakı istiqamətlərdən birində düşmən piyadasının irəliləməsini dayandırıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Qeyd olunur ki, Baxmut yaxınlığındakı istiqamətlərdən birində rus işğalçılarının piyada bölməsi ukraynalı müdafiəçilərə hücum etməyi planlaşdırıb:

"Lakin Dövlət Sərhəd Xidmətinin snayperləri onlara imkan verməyiblər. Döyüşçülər dəqiq atılan atəşlərlə komandiri və pulemyotçunu məhv ediblər. Bölməyə nəzarəti itirən işğalçılar hücuma keçməkdən çəkinərək, qaçıblar".

Milli.Az


Etiketlər:  Ruslar hücuma keçdi komandir


RƏYLƏR