Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Azərpoçt” və “Azərkosmos” təkzib edir

“Azərpoçt” və “Azərkosmos”  təkzib edir

Tarix: 7 Yanvar 2023 22:04

"Azərpoçt" və "Azərkosmos" ötən ili zərərlə başa vurmaları barədə yayılan məlumatları əsassız hesab edir.

"Azərpoçt"da 2021-ci ildən təşkilati struktur, idarəetmə, əməliyyatlar, xərclərin optimallaşdırılması da daxil olmaqla bir neçə istiqamətdə geniş islahatlara start verilib. 2022-ci ildə də davam etdirilən islahatlar həm də gəlirlərin artması baxımından artıq öz faydasını verməkdədir.

"Azərpoçt" 2020-ci ildə yaranmış zərərin həcmini 2021-ci ildə 30% azaldıb. Daxili hesablamalar göstərir ki, həyata keçirilmiş tədbirlər nəticəsində "Azərpoçt" 2022-ci ili 3.5-4.0 milyon manat mənfəətlə başa vurub.

"Azərkosmos" son 3 ildə, ardıcıl olaraq hər il fəaliyyətini mənfəətlə başa vurub.


Etiketlər:  Azərpoçt Azərkosmos təkzib edir


RƏYLƏR