Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DİN rəsmisi: Seçkilərdə kimlərinsə məntəqələrin işinə mane olmasına imkan verilməyəcək

DİN rəsmisi: Seçkilərdə kimlərinsə məntəqələrin işinə mane olmasına imkan verilməyəcək

Tarix: 11 Oktyabr 2019 12:39

Bakı. İlhamə İsabalayeva - Trend:

Qarşıdan gələn bələdiyyə seçkilərində məntəqə seçki komissiyalarını narahat edən bütün məsələlər vaxtında, operativ şəkildə həll ediləcək.

Trend-in məlumatına görə, bunu Daxili İşlər nazirinin müavini Oruc Zalov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdəndir:

"Azərbaycan bu gün cinayətlərin ən az baş verdiyi ölkələrdəndir. Bunun nəticəsidir ki, ölkəmizdə hər il onlarla beynəlxalq tədbir keçirilir və təhlükəsizlik baxımından heç bir problem yaranmır".

O.Zalov əlavə edib ki, səsvermə hüququ olan şəxslərin şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi məsələsi nəzarətdə saxlanılır.

Nazir müavini deyib ki, seçkilərdə seçki bülletenləri yerlərə vaxtında çatdırılacaq, səsvermədən sonra isə onların müvafiq yerlərə çatdırılması da təmin ediləcək.

O.Zalovun sözlərinə görə, seçkilərdə kimlərinsə məntəqələrin işinə mane olmasına imkan verilməyəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  DİN rəsmisi Seçkilərdə kimlərinsə məntəqələrin işinə mane olmasına imkan verilməyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ