Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2023 23:30
İsrailin yeni hökuməti bir neçə gün əvvəl elan etdiyi fələstinlilərə qarşı bir sıra cəza tədbirləri çərçivəsində onun səyahət icazəsini ləğv edib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Fələstinin XİN rəhbəri Riyad əl-Maliki deyib.
O, bildirib ki, Braziliya prezidentinin andiçmə mərasimindən qayıdarkən İsrailin adi fələstinlilərdən fərqli olaraq yüksək rütbəli Fələstin rəsmilərinin işğal altındakı İordan çayının qərb sahilinə asanlıqla girib-çıxmasına imkan verən səyahət icazəsini ləğv etdiyi barədə xəbər alıb.