Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ötən ilin ən çox “yoxsullaşan” milyarderləri məlum oldu

Ötən ilin ən çox “yoxsullaşan” milyarderləri məlum oldu

Tarix: 9 Yanvar 2023 03:22

"Forbes" 2022-ci ildə sərvətləri ən çox azalan beş milyarderi müəyyənləşdirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 2022-ci ildə onların toplam sərvəti 378 milyard dollar azalıb.

Siyahıda İlon Mask, Ceff Bezos, Mark Zukerberq, Larri Peyc və Sergey Brin yer alıblar.

Antireytinqə rekord həddə - 125 milyard dollar yoxsullaşan Mask başçılıq edib. 2022-ci ildə milyarderin kapitalının əsasını təşkil edən "Tesla" səhmləri 65% dəyər itirib. İlin sonuna onun sərvəti 147 milyard dollar qiymətləndirilirdisə, yanvarın 3-də 137 milyard dollara düşüb və hazırda 140,5 dollar səviyyəsində qərarlaşıb.

Ən çox itirənlər arasında ikinci yeri "Amazon" korporasiyasının qurucusu Bezos tutub. Texnologiya nəhənginin səhmləri 50% ucuzlaşdığından o, ötən il ərzində 85 milyard dollar itirib.

Zukerberqin sərvəti isə 77 milyard dollar azalıb.Onun təsis etdiyi "Meta"nın səhmlərinin dəyəri investorların şirkətin metakainat yaratmağa diqqət yetirmək planlarına dair şübhələri fonunda il ərzində 64% ucuzlaşıb.

Antireytinqdə dördüncü və beşinci yerləri "Google"un yaradıcıları tutub. Peycin sərvəti il ​​ərzində 46 milyard dollar, Brinin kapitalı isə 45 milyard dollar azalıb. Hazırda "Alphabet" kimi tanınan şirkətin səhmləri 2021-ci ilin sonundan etibarən İT bazarındakı ümumi azalmada fonunda 39% ucuzlaşıb.

Milli.Az


Etiketlər:  Ötən ilin ən çox yoxsullaşan milyarderləri məlum oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ