Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qarlı hava şəraiti bu vaxtadək davam edəcək - XƏBƏRDARLIQ

Qarlı hava şəraiti bu vaxtadək davam edəcək - XƏBƏRDARLIQ

Tarix: 9 Yanvar 2023 09:08

Azərbaycanda qarlı hava şəraiti bu gün də davam edəcək, yollar buz bağlayacaq.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın olacaq. Atmosfer təzyiqi 778 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlarda gecə 15-20° şaxta, gündüz 5-10° şaxta olacaq.

Milli.Az


Etiketlər:  Qarlı hava şəraiti bu vaxtadək davam edəcək XƏBƏRDARLIQ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ