Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2019 13:18
Bakı. Kəmalə Məmmədli - Trend:
“Lapis Lazuli” tranzit dəhlizi Əfqanıstan məhsulunun Azərbaycana tədarükü, eləcə də digər ölkələrə tranziti baxımından böyük əhəmiyyət daşıyır.
Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir bildirib ki, bu dəhlizin təşviq olunması üçün işlər aparılır: “Əfqanıstan şirkətlərinin öz məhsullarını Azərbaycana təklif edə bilməsi üçün şərait yaradılacaq, öz növbəsində Azərbaycan şirkətləri də Əfqanıstanda işləmək istəyəcəyi təqdirdə zəruri şərait təmin olunacaq”.
Qeyd edək ki, 2017-ci ilin 15 noyabr tarixində Türkmənistanın paytaxtı Aşqabat şəhərində keçirilən Regional İqtisadi Əməkdaşlıq konfransı çərçivəsində Türkiyə, Gürcüstan, Azərbaycan, Türkmənistan və Əfqanıstan hökümətləri arasında Lapis Lazuli (Lazurit yolu) Beynəlxalq Tranzit Dəhlizinə dair müqavilə imzalanıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin