Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakının mərkəzi qardan belə təmizlənir - FOTO

Bakının mərkəzi qardan belə təmizlənir - FOTO

Tarix: 9 Yanvar 2023 21:32

Bu gün gecə saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumlar xüsusi, gücləndirilmiş iş rejimində yağan qarın küçə, prospekt və piyada səkilərindən, avtobus dayanacaqları və metro stansiyalarının qarşısından təmizlənməsini aparırlar.

Milli.Az axar.az-a istinadən bildirir ki, şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsilə yollara duz və kimyəvi maddələrin səpilməsi həyata keçirilir.

Bakı Şəhər və rayon icra hakimiyyətlərinin rəhbər nümayəndələri ərazilərdə olub və aparılan işləri nəzarətdə saxlayıblar.

Təmizləmə işləri Bakının mərkəzində intensiv şəkildə görülür.

Milli.Az


Etiketlər:  Bakının mərkəzi qardan belə təmizlənir FOTO


RƏYLƏR