Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Müğənnilərin adı çıxıb, adi adamlar...”

“Müğənnilərin adı çıxıb, adi adamlar...”

Tarix: 10 Yanvar 2023 02:45

"Yeni layihələr, mahnılar hazırlayıram, bu gün də işləyirəm. Bu axı mənim işimdir, sənətimdir. Allah deyir ki, səndən hərəkət, məndən bərəkət. İşləyən insan hər zaman qazanacaq. Çalışıram ki, retro mahnıları yeni nəfəsdə, yeni tərzdə tamaşaçılara təqdim edim. Bu mahnıları yaşatmaq, gənclərə sevdirmək lazımdır. Məqsədim də budur. Hər zaman retro mahnılara müraciət etmişəm. Artıq yavaş-yavaş geriyə, o illərə qayıdırıq. Bəzən gənclərlə oturub söhbət edəndə, deyirlər ki, həqiqətən də o illər bizim üçün maraqlıdır. Sual verirəm ki, o illərdə yaşamaq istərdiniz?! Deyirlər ki, əlbəttə. O illərdə həqiqətən də insanların bir-birinə sevgisi, hörməti, mərhəməti var idi. Bu gün soyuqluq var, münasibət o deyil. Bu gün telefonlar bizim axırımıza çıxdı, bizi bir-birimizdən uzaqlaşdırıb, yadlaşdırdı. Ona görə də kəndimizə, özümüzə qayıtmalıyıq. Biz axı Azərbaycanlıyıq. Digər ölkələrdən bizi fərqləndirən çox şey var. Məsələn adət ən-ənə, ağsaqqala, ağbirçəyə, böyüyə-kiçiyə hörmət"

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış müğənni Nadir Qafarzadə deyib. Sənətçi bildirib ki, hələ yaşlanmaq istəmir.

"Biz səhnə adamları cavan qalmalıyıq. Bu bizim işimizdir. Təbii ki, özümə qulluq edirəm, düzgün qidalanıram. Yaşlanmaq, qocalmaq istəmirəm. Bu kompleks deyil. Xarici ölkələrdə olanda taksidən istifadə edirik. Elə vaxt olur ki, gəlinim də, yoldaşım da yanımda olur. Sürücü soruşanda deyirəm ki, bu mənim yoldaşımdır, bu da gəlinim. O dəqiqə deyirlər ki, sizin 35 yaşınız ancaq olar. Deyirəm ki, vallah mənim yaşım artıq 50-ni keçib. Bu məni sevindirir ki, gənc qala bilmişəm. Həm də içim təmizdir. Nurlu, gözəl yaşlanmaq da gözəldir" deyə müğənni bildirib.
Müğənni geyimlərindən də danışıb.
 
"Geyimlərimi xüsusi seçirəm. Heç vaxt bahalı geyim arxasınca qaçmamışam, keyfiyyətli və mənə yaraşanı geyinmişəm. Adam var deyir ki, filan qədər geyimə pul vermişəm. Deyirəm ki, onu 1-2 dəfə geyinəcəksən, sonra nə edəcəksən? Əlbəttə ki, qalacaq qarderobda. Ona görə də elə geyimlər seçirəm ki, hər zaman geyinə bilim, hər zaman dəbə uyğun olsun. Bu gün müğənnilərin adı çıxıb, amma adi insanlar məşhurlardan yaxşı geyinir, onlardan yaxşı estetik əməliyyat etdirirlər" deyə məşhur bildirib.

Milli.Az


Etiketlər:  Müğənnilərin adı çıxıb adi adamlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ