Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsveçrə Milli Bankı 2022-ci ildə rekord itkilərlə üzləşib

İsveçrə Milli Bankı 2022-ci ildə rekord  itkilərlə üzləşib

Tarix: 10 Yanvar 2023 08:28

2022-ci ildə milli valyutanın - İsveçrə frankının bahalaşması İsveçrə Milli Bankının (İMB) rekord həddə itkilərə qatlaşmasına səbəb olub.

Milli.Az "Report"a istinadən bildirir ki, son 12 ayda federal ehtiyatların kəsiri 132 milyard frank təşkil edib və bu, Mərkəzi Bankın 115 illik tarixində ən böyük itkidir.

Müqayisə üçün qeyd edək ki, İMB-nin 2021-ci ildə mənfəəti 26,3 milyard frank təşkil edib. Həmin il federal hökumət və kantonal hakimiyyət orqanları 6 milyard frank, səhmdarlar isə hər qiymətli kağıza görə 15 frank dividend alıb.

2023-cü ildə tənzimləyicinin rəhbərliyi 2022-ci ilin mənfi maliyyə nəticələrinə görə pul ödənişlərindən imtina etmək niyyətindədir.

Qeyd edək ki, buna qədər İMB-nin ən böyük itkisi 2015-ci ildə qeydə alınmışdı. O zaman bankın itkiləri 23 milyard frank təşkil etmişdi.

Milli.Az


Etiketlər:  İsveçrə Milli Bankı 2022 ci ildə rekord itkilərlə üzləşib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ