Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Marsa kiçik süni peyklər göndəriləcək

Marsa kiçik süni peyklər göndəriləcək

Tarix: 11 Oktyabr 2019 14:16

“Virgin Orbit” Marsa kiçik süni peyklər göndərən dünyanın ilk özəl şirkəti olmaq niyyətindədir. Kosmik aparatlar “SatRevolution” şirkəti və bir neçə Polşa universiteti ilə birgə hazırlanacaq. İlk buraxılış 2022-ci ilə planlaşdırılır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, “Virgin Orbit” Böyük Britaniya sahibkarı Riçard Brensonun kosmik turizm xidmətləri təqdim edən “Virgin Galactic” şirkətinin törəməsidir. Qırmızı planetin kiçik “Virgin Orbit” peykləri ilə əhatə edilməsi ideyasının yaranmasına Marsa iki peykin göndərildiyi ABŞ Kosmik Agentliyinin (NASA) “InSight” missiyası səbəb olub. Şirkət bu uğuru təkrarlayaraq açıq kosmosa “LauncherOne” raketdaşıyıcısı vasitəsilə 50 kiloqramlıq oxşar aparatlar buraxmaq niyyətindədir.

 

Şirkətin xüsusi layihələr üzrə vitse-prezidenti Uill Pomeransın sözlərinə görə, Marsa çatan planetlərarası peyklər fotoşəkillər çəkə, atmosferi öyrənə və su axtara biləcəklər. Bundan başqa, aparatları Mars və Venera peyklərinin, eləcə də asteroidlər zolağında obyektlərin tədqiqinə cəlb etmək mümkün olacaq.

 

Lakin ilk öncə şirkət “LauncherOne” raketdaşıyıcısının hazırlanmasını başa çatdırmalıdır. İyirmi bir metr uzunluğunda raketdaşıyıcısı havada – 11 km hündürlükdə modifikasiya edilmiş “Boeing 747” (Cosmic Girl) təyyarəsi vasitəsilə buraxılacaq. Raketdaşıyıcısının uğurlu buraxılışı “Virgin Orbit” missiyasının gələcəyini müəyyənləşdirəcək.

 

Nizam Nuriyev




Etiketlər:  Marsa kiçik süni peyklər göndəriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ