Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı Avropada 2 nəfəri baltaladı

Azərbaycanlı Avropada 2 nəfəri baltaladı

Tarix: 10 Yanvar 2023 19:52

Almaniyanın Deltmol şəhərində 36 yaşlı Azərbaycan vətəndaşının məhkəməsi başlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, o, qətldə və zorlamada ittiham olunur.

Məhkəmənin gedişində o, qətl törətdiyini etiraf etsə də, zorlama ilə əlaqəsi olmadığını bildirib. Məhkəmə sübut edib ki, qatil hadisəni qısqanclıq zəminində törədib.

Məlum olub ki, sevgilisi onunla ayrıldıqdan sonra başqası ilə münasibət qurub. Bu isə qatilin xoşuna gəlməyib. Məhkəmə Azərbaycan vətəndaşının Ukraynada da qətl törətdiyini sübut edib. O, hər iki halda qurbanlarını balta ilə öldürüb.

Milli.Az


Etiketlər:  Azərbaycanlı Avropada 2 nəfəri baltaladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ