Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyaya gizli dəstək verən iki ölkə: Biri İran, digəri...

Rusiyaya gizli dəstək verən iki ölkə: Biri İran, digəri...

Tarix: 10 Yanvar 2023 21:38

"Şimali Koreya Rusiyanın istəyi ilə üçüncü ölkələr vasitəsilə ona hərbi yardım göstərib".

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

"Keçən ilin sonunda Şimali Koreyadan, xüsusən də "Vaqner" qrupuna hərbi yardımı göstərilməsinə dair məlumat vermişdik", - ABŞ rəsmisi bildirib.

Praysın sözlərinə görə, fakt ondan ibarətdir ki, ABŞ və digər ölkələrin tətbiq etdiyi sanksiyalar və ixraca nəzarət tədbirləri səbəbindən Rusiya İran və Şimali Koreya kimi tərəfdaşlarından kömək istəmək məcburiyyətində qalıb.

ABŞ rəsmisi qeyd edib ki, edilən yardım bəzi hallarda Rusiya üçün problemlər yaradıb.

"Ona görə də ukraynalılar döyüş meydanında öz effektivliklərini nümayiş etdirə bildilər. ABŞ və tərəfdaşlarımız tərəfindən onlara verilən silahlardan son dərəcə səmərəli istifadə edirlər. Bu uğurun və effektivliyin sübutunu gördük", - Prays vurğulayıb.

Ukrana 2022-ci ilin iyulunda Rusiyanın işğal etdiyi Donbas bölgəsindəki qondarma respublikaların müstəqilliyini tanıması səbəbindən Şimali Koreya ilə diplomatik münasibətləri kəsib.

Noyabrda Şimali Koreya Rusiya ilə heç vaxt silah müqaviləsi bağlamadığını və bunu etmək niyyətində olmadığını bildirib. Amma elə həmin ay məlum olub ki, Şimali Koreyadan Rusiyaya silah dolu qatar göndərilib.

Ağ Evin rəsmisi nümayəndəsi Con Kirbi bildirib ki, Şimali Koreya gizli şəkildə Rusiyaya xeyli sayda artilleriya mərmisi verib.

Bundan başqa, Şimali Koreya 2022-ci ilin sonunda "Vaqner"i silahla təmin edib. ABŞ-ın fikrincə, bu silahların sayı müharibənin dinamikasını dəyişməyəcək. Amerikalılar Şimali Koreyanın daha çox silah tədarük edəcəyindən narahatdır.


Etiketlər:  Rusiyaya gizli dəstək verən ölkə Biri İran digəri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ