Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hulusi Akar azərbaycanlı qazilərlə görüşdü - VİDEO - FOTO

Hulusi Akar azərbaycanlı qazilərlə görüşdü - VİDEO - FOTO

Tarix: 11 Yanvar 2023 11:48

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın Qarabağ qazilərindən ibarət nümayəndə heyətini qəbul edib. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Azərbaycanın "Vətən əməliyyatı" ilə işğal altındakı torpaqlarını azad etdiyini xatırladan nazir deyib:

"Azərbaycan ordusu əməliyyatı böyük uğurla həyata keçirdi. Biz buna sevinirik". 
Nazir bildirib ki, bütün dünya gördü ki, Türkiyə və Azərbaycan "Bir millət, iki dövlət", "İki ananın oğlu"dur. 

Şəhid və qazilərin fədakarlıqlarının nəsillər boyu xatırlanacağını və tarixdə mühüm yer tutacağını vurğulayan Akar onları qələbənin qüruru adlandırıb. 

"Türkiyə ilə Azərbaycan kədər və sevinc içində bir yerdədir. Bir yumruq, bir ürək olacağıq. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!", - deyə H.Akar qeyd edib.

Milli.Az


Etiketlər:  Hulusi Akar azərbaycanlı qazilərlə görüşdü VİDEO FOTO


RƏYLƏR