Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsrailə təyin olunan ilk səfirimiz kimdir? - Dosye

İsrailə təyin olunan ilk səfirimiz kimdir? - Dosye

Tarix: 11 Yanvar 2023 15:06

Xəbər verdiyimiz kimi, elm və təhsil nazirinin müavini Muxtar Məmmədov Azərbaycanın İsraildəki səfiri təyin edilib.

Milli.Az xəbər verir ki, Muxtar Məmmədov 1983-cü ildə Bakıda anadan olub.

O, Bakı Dövlət Universitetinin, Belçikanın Avropa Kollecinin, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur.

M.Məmmədov 2005-2013-cü illərdə Xarici İşlər Nazirliyində çalışıb. 2009-2013-cü illərdə Azərbaycanın Belçikadakı səfirliyində fəaliyyət göstərib.

2013-cü ildən etibarən Elm və Təhsil Nazirliyində çalışıb. Belə ki, M.Məmmədov Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri olub, bu idarənin aparatına rəhbərlik edib.

Ötən ilin aprel ayından etibarən isə nazir müavini vəzifəsində çalışıb.

Səfir Elm və təhsil sahəsində İsraillə innovativ əməkdaşlıq layihələrinə rəhbərlik edib.

Muxtar Məmmədov rus, ingilis və türk dillərini mükəmməl bilir.

Milli.Az


Etiketlər:  İsrailə təyin olunan ilk səfirimiz kimdir Dosye


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ