Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2023 08:00
Daşnaksütyunun Qəmərli rayonundakı (Artaşat) yerli təşkilatının Ağsaqqallar Şurasının rəhbəri Artavazd Marqaryan polis tərəfindən saxlanılıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə erməni vəkil Arsen Babayan sosial şəbəkə hesabında bildirib.
O qeyd edib ki, polis Marqaryanı 72 saatlıq saxlayıb:
"İnanmayacaqsınız, amma Markaryanı yalnız telefonu olduğuna görə saxlayıblar".
Qeyd edək ki, yanvarın 11-də parlamentdəki "Ermənistan" fraksiyasının deputatı Kristine Vardanyan Ararat bölgəsində və İrəvanda Daşnaksütyunun bir sıra üzvlərinin evlərində axtarışlar aparıldığı haqda məlumat vermiş, bunu qanunsuz adlandırmışdı.