Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2023 10:46
"Ermənistan rəhbərliyi sxolastika ilə məşğuldur".
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanda keçirdiyi mətbuat konfransında verdiyi bəyanatları şərh edərkən belə deyib.
Sonxeber.net bildirir ki, M.Zaxarovanın sözlərinə görə, Rəsmi İrəvanın eyni məsələ ilə bağlı bəyanatları ciddi şəkildə fərqlənəndə Ermənistan tərəfinin mövqeyini qiymətləndirmək çətindir.
"Mətbuat konfransı zamanı Ermənistanın baş naziri Rusiyanın təklifləri əsasında sənədi imzalamaq niyyətindən, eyni zamanda Qərbin təşviq etdiyi münaqişənin hansısa "hərtərəfli həllinə" üstünlük verilməsindən danışıb", - Zaxarova vurğulayıb.
M.Zaxarova daha sonra söyləyib ki, əgər "erməni tərəfdaşlar" üçtərəfli sazişlərin hərtərəfli şəkildə ən yüksək səviyyədə həyata keçirilməsi istiqamətində aşkar edilmiş problemlərin həllində həqiqətən maraqlıdırlarsa, o zaman "sxolastika ilə məşğul olmaq əvəzinə, birgə işi davam etdirmək lazımdır".
"Sülh müqaviləsi üzrə Ermənistan-Azərbaycan danışıqları üçün platformanın təmin edilməsi ilə bağlı Rusiyanın təklifi qüvvədə qalır", - M.Zaxarova deyib.