Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Antalyada qasırğa - Küləyin sürəti saatda 70 km-ə çatdı - VİDEO

Antalyada qasırğa - Küləyin sürəti saatda 70 km-ə çatdı - VİDEO

Tarix: 12 Yanvar 2023 10:56

Türkiyənin Antalya vilayətində qasırğa zamanı küləyin sürəti saatda 70 kilometrə çatıb.

Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, məşhur Konyaaltı çimərliyində dalğanın hündürlüyü 6 metr təşkil edib.

Bununla yanaşı, Antalyanın digər bölgələrində ağaclar aşıb, onlarla maşına zərər dəyib.

Məlumata görə, Türkiyənin demək olar ki, bütün Aralıq dənizi sahillərində qeyri-sabit hava şəraiti müşahidə edilir. Bir çox yaşayış məntəqələrində leysan yağışları daşqınlara səbəb olub. Daşqın zamanı küçələri su basıb. Ən güclü külək isə Antalyaya qonşu Isparta vilayətində qeydə alınıb. Belə ki, burada küləyin sürəti saatda 102 kilometrə çatıb.

Bu gün ölkənin 11 regionunda, xüsusilə də Aralıq və Egey dənizi bölgələrində qasırğa gözlənilir.


Etiketlər:  Antalyada qasırğa Küləyin sürəti saatda çatdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ