Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Minimum əmək haqqı artdı: fərdi sahibkarlar nə qədər sosial haqq ödəyəcəklər?

Minimum əmək haqqı artdı: fərdi sahibkarlar nə qədər sosial haqq ödəyəcəklər?

Tarix: 12 Yanvar 2023 11:26

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlarımızın ödədiyi sosial haqqların məbləği minimum əmək haqqı ilə bağlıdır. Bu il yanvarın 1-dən minimum əmək haqqı artırıldığı üçün sosial haqqların məbləğində dəyişikliklər də baş verdi.

Bunu Milli.Az-a iqtisadçı deputat Vüqar Bayramov deyib.

İqtisadçı qeyd edib ki, əhalinin sosial təminatının daha gücləndirilməsi üçün minimum əmək haqqının mütəmadi artırıldığını nəzərə alaraq sahibkarlar üçün differensial sosial haqqların müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı: 

"Belə ki, sosial haqqlar üzrə faizlərin sahibkarların əldə etdiyi gəlirə uyğunlaşdırılması və nisbətən az daxilolmaları olan fiziki şəxslərin daha aşağı faizli sosial sığortaya cəlbi məqsədəuyğundur. Bu nəticədə, minimum əmək haqqı məbləğləri artırılanda daha az gəliri olan sahibkarların sosial sığorta ödənişlərində nisbətən az artımla müşahidə oluna bilər.

Müraciətlərin sayını nəzərə alaraq bu ilin yanvarın 1-dən tətbiq olunacaq sosial sığorta haqqlarının yeni məbləğlərini təqdim edirik.

Bakı şəhəri üzrə:

Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar- 172.5 manat

Digər sahələrdə çalışan sahibkalrar- 86.25 manat

Sumqayıt və Gəncə şəhərlərində çalışanlar üçün:

Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar- 155.25 manat

Digər sahələrdə çalışan sahibkalrar- 77.62 manat

Digər şəhərlərdə çalışanlar üçün:

Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar- 138.0 manat

Digər sahələrdə çalışan sahibkalrar- 69.0 manat

Rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə:

Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar- 103.5 manat

Digər sahələrdə çalışan sahibkalrar- 51.75 manat

Kənd yerlərində:

Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar- 86.25

Digər sahələrdə çalışan sahibkalrar- 43.12 manat

Muzdlu işçi cəlb etmədən məşğul olan fiziki şəxslər üçün sosial sığorta haqqlarında dəyişikliklər olacaq.

Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət - 17.25 manat

Fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət - 17.25 manat

Çəkməçi, pinəçi - 10.35 manat

Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri - 10.35 manat

Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) - 10.35 manat

Nəqqaşlıq emalatxanalarının fəaliyyəti - 10.35 manat

Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər - 10.35 manat

Fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər - 10.35 manat

Milli.Az


Etiketlər:  Minimum əmək haqqı artdı fərdi sahibkarlar qədər sosial haqq ödəyəcəklər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ