Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyanın bu ərazisində temperatur -73 dərəcəyə endi

Rusiyanın bu ərazisində temperatur -73 dərəcəyə endi

Tarix: 12 Yanvar 2023 15:48

Yanvarın 11-də çərşənbə günü Rusiyanın Krasnoyarsk diyarının şimalındakı Yessey kəndində 73 dərəcə şaxta qeydə alınıb.

Milli.Az bildirir ki, bu barədə TVK kanalına yerli sakinlər məlumat verib.

Onların sözlərinə görə, kənddə havanın belə soyuq olmasını xatırlamırlar. Sakinlər qeyd edib ki, şaxta o qədər güclüdür ki, nəfəs almaq çətinləşib. "Ayaqlarınızı isti saxlamaq üçün mütləq isti corablı hündür çəkmələr geyinin. Gödəkçədə gəzmək olmaz, yalnız xəz paltoda və yaxud daha isti paltarda. Küçədə çılpaq əllərinizlə bir dəqiqə belə dayana bilməzsiniz", - onlar deyib.

Bununla yanaşı, telekanalın məlumatına görə, Yesseydə yalnız sosial obyektlərdə mərkəzi istilik sistemi var və belə soyuq havada elektrik enerjisi çatmadığından yerli sakinlər evlərini qızdırmaq üçün odunlardan istifadə edirlər.

Yanvarın 12-də kənddə hava mənfi 60 dərəcəyə qədər istiləşib. Sakinlərin dediyinə görə, Yesseydə orta qış temperaturu təxminən mənfi 50 dərəcədir.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Rusiyanın bu ərazisində temperatur 73 dərəcəyə endi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ