Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərxoş qadın mahnı sədaları altında təyyarədən düşürüldü - VİDEO

Sərxoş qadın mahnı sədaları altında təyyarədən düşürüldü - VİDEO

Tarix: 12 Yanvar 2023 16:20

Sərnişinlərin mahnıları və alqışları altında sərxoş qadın təyyarədən düşürülüb.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, Avstraliyanın "Jetstar Airways" şirkətinin sərnişini sərxoş olduğu və ekipajın təlimatlarını pozduğu üçün uçuşdan uzaqlaşdırılıb.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdə beş polis əməkdaşının Qızıl Sahildən Melburna gedən təyyarəyə mindiyi görünür. Hüquq-mühafizə orqanlarının əməkdaşları sərxoş qadınla sakitcə danışıq aparmağa çalışsalar da, o, könüllü olaraq təyyarənin salonundan çıxmaqdan imtina edib. Polislərdən biri onu tutub zorla çıxarmalı olub. Bu zaman baş verənləri videoya çəkən digər sərnişinlər alqışlamağa, mahnı oxumağa başlayıblar.

Həbs edilən 42 yaşlı qadın xuliqanlıqda ittiham olunub. O, məhkəmə qarşısına çıxmalı olacaq, onun maddəsində nəzərdə tutulan maksimum cəza cərimə ola bilər.


Etiketlər:  Sərxoş qadın mahnı sədaları altında təyyarədən düşürüldü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ