Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə rəsmiləri İsveçə xəbərdarlıq etdi

Türkiyə rəsmiləri İsveçə  xəbərdarlıq etdi

Tarix: 12 Yanvar 2023 21:52

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın və Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun İsveçə xəbərdarlıq edib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, xəbərdarlıq ölkənin NATO-ya qoşulmaq istəyi ilə bağlıdır.

"Terror təşkilatlarının fəaliyyətinə son qoyulmayana qədər İsveçin NATO-ya qəbulu prosesini irəli aparmaq mümkün deyil", - deyə Ərdoğanın sözçüsü qeyd edib.

"İsveç Türkiyənin 70 ildir üzvü olduğu NATO-ya daxil olmaq üçün Madriddə verdiyi vədlərə əməl etməlidir. Türkiyənin bu məsələdə hansısa güzəştə getməsini gözləmək əbəsdir", - deyə Altun əlavə edib.


Etiketlər:  Türkiyə rəsmiləri İsveçə xəbərdarlıq etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ