Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2019 06:16
Bakı. Trend:
Terrorçular Suriyada yerləşən Rusiyanın Hmeymim aviabazasını atəşə tutmağa çalışıblar.
Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin bildirib.
V.Kupçişin qeyd edib ki, terrorçular cavab atəşi ilə susdurulub, Rusiya hərbçilərindən xəsarət alan olmayıb: "Aviabazanın obyektlərinə də zərər dəyməyib".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin