Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda virusun yeni ştamına yoluxan var?

Azərbaycanda virusun yeni ştamına yoluxan var?

Tarix: 13 Yanvar 2023 10:22

Azərbaycanda Covid-19-un yeni ştamı olan "Omicron XBB.1.5"ə yoluxma faktı qeydə alınmayıb.

Sonxeber.net xəbər verir ki, bunu TƏBİB-in Yoluxucu Xəstəliklər və İnfeksion Nəzarətin Təşkili Şöbəsinin əməkdaşı Turan İbrahimova "Real TV"də qonaq olarkən deyib.

Qurum rəsmisi bildirib ki, sözügedən virus "Omikron"un subvariantı olduğuna görə, ona yoluxan şəxs xəstəliyi elə "Omikron" kimi keçirir:

"Bunun müxtəlif ştamları olsa belə, bizlərə yad virus deyil. Biz COVİD-lə diaqnostikanı, müalicə yollarını bilirik. Bu ştamın "Omikron"dan elə də fərqi yoxdur".

Qeyd edək ki, 2023-cü ilin yanvarın 5-də ÜST tərəfindən COVİD-19-un yeni ştamının aşkarlandığı açıqlanıb.


Etiketlər:  Azərbaycanda virusun yeni ştamına yoluxan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ