Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sürücü avtobusda qaz balonundan istifadə etdi, işdən azad edildi - Ətraflı VİDEOda

Sürücü avtobusda qaz balonundan istifadə etdi, işdən azad edildi - Ətraflı VİDEOda

Tarix: 13 Yanvar 2023 12:58

Cəlilabadda sürücü sərnişin avtobusunu qızdırmaq üçün məişət üçün nəzərdə tutulan qaz balonundan istifadə edib.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, sözügedən avtobusda olan sərnişinlərdən biri tərəfindən çəkilən görüntülər sosial şəbəkələrdə gündəm olub.

Baş Dövlət Yol Polisi İdarəsi hadisə ilə bağlı müvafiq tədbirlərin həyata keçirildiyi qeyd edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) isə sürücünün işdən azad edildiyini açıqlayıb.

Bu zaman bir neçə sual ortaya çıxır: Burada təkcə məsuliyyətsiz tərəf sürücüdürmü? Sürücü niyə avtobusu qaz balonu ilə qızdırmağa məcbur olub? Avtobuslardakı istilik sistemi nəyə görə yaxşı işləmir?

AYNA-dan suallarımıza cavab olaraq bildirildi ki, bütün məsuliyyət daşıyıcı şirkətlərin üzərinə düşür. Yaxşı bəs daşıyıcı şirkətlərə kim nəzarət edir?

Buradan belə nəticə çıxır ki, əgər bu video sosial şəbəkələrdə yayılmasaydı, sürücü avtobusda qaz balonu yandırmağa davam edəcəkdi. Bu isə hər gün neçə-neçə insanın həyatının təhlükədə olması deməkdir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Sürücü avtobusda qaz balonundan istifadə etdi işdən azad edildi Ətraflı VİDEOda


RƏYLƏR