Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xarici jurnalistlər sülhməramlıların avtomobilinin maneəsiz keçidinə şahid olublar - FOTO

Xarici jurnalistlər sülhməramlıların avtomobilinin maneəsiz keçidinə şahid olublar - FOTO

Tarix: 13 Yanvar 2023 13:22

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 33 gündür ki, davam edir.

Milli.Az xəbər verir ki, bu gün xarici media əməkdaşları Laçın yolundakı aksiyanı işqılandırmaq üçün əraziyə gəliblər.

Xarici jurnalistlər çəkliş apardıqları zaman Rusiya sülhməramlılarına məxsus avtomobilin aksiya keçirilən ərazidən maneəsiz hərəkətinə şahid olublar.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Milli.Az


Etiketlər:  Xarici jurnalistlər sülhməramlıların avtomobilinin maneəsiz keçidinə şahid olublar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ