Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2023 15:25
Xəbər verdiyimiz kimi, alman aktrisa və supermodel Tatyana Patitz 56 yaşında vəfat edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, modelin artıq ölüm səbəbi bəlli olub. Tatyananın agenti onun Kaliforniya ştatının -Santa-Barbara şəhərində sinə xərçəngindən vəfat etdiyini bildirib.
Qeyd edək ki, Patitz Kristi Tarlinqton, Linda Yvanqelista, Sindi Krouford, Naomi Kempbell və Keyt Moss kimi supermodellərin "böyük altılığına" daxil idi. 17 yaşından sənətə gələn Patitz 1985-ci ildə "Vogue" jurnalının üz qabığında görünüb. O, Corc Mayklın "Freedom 90" treki üçün çəkilən klip də daxil olmaqla bir çox layihədə yer alıb.