Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda daha bir yol bağlanacaq - Təmir başlanır

Bakıda daha bir yol bağlanacaq - Təmir başlanır

Tarix: 11 Oktyabr 2019 19:10

Bakı. Samir Əli - Trend:

Bakıda daha bir küçədə avtomobillərin hərəkəti məhdudlaşdırılır.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat veriblər.

Məlumatda bildirilir ki, aparılacaq təmir işləri ilə əlaqədar oktyabr ayının 13-dən 14-nə keçən gecədən etibarən Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Məhdudlaşma 3-4 gün ərzində qüvvədə olacaq. Bu müddət ərzində sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda daha bağlanacaq Təmir başlanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ