Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Litva-Latviya boru kəmərində partlayış oldu

Litva-Latviya boru kəmərində partlayış oldu

Tarix: 14 Yanvar 2023 07:56

Litva və Latviya arasında qaz nəqlini təmin edən böyük təbii qaz kəmərində partlayış baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Litvanın qaz ötürmə mərkəzinin operatoru Amber Grid partlayışın Litvanın şimalındakı Pasvol şəhəri yaxınlığında baş verdiyini açıqlayıb.

Grid, Litvanın şimalına və Latviyaya təbii qaz daşıyan kəmərin iki paralel xəttdən ibarət olduğunu, partlayışın yalnız bir xəttdə baş verdiyini, ikinci xəttdə qaz axınının isə normal məcrada davam etdiyini qeyd edib.

Amber Grid, ilk təsbitlərə görə can itkisi və ya yaralanma olmadığını, partlayışın qəsəbə xaricindəki bir ərazidə baş verdiyini bildirib.

Yerli sakinlər alovun yerdən 50 metrə qədər qalxdığını, bölgədə temperaturun 20 dərəcəyə qədər yüksəldiyini, yanğınsöndürmə briqadalarının yanğını söndürməkdə davam etdiyini qeyd ediblər.

Polisin yaxınlıqdakı Valakeliai kəndinin sakinlərini təxliyə etdiyi bildirilir.

Milli.Az


Etiketlər:  Litva Latviya boru kəmərində partlayış oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ