Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xaçmazda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB

Xaçmazda elektrik enerjisinin verilişi  bərpa olunub - YENİLƏNİB

Tarix: 14 Yanvar 2023 08:38

08:36

Xaçmaz rayonunda elektrik enerjisinin verilişi bərpa olunub.

Bu barədə Xaçmaz Elektrik Şəbəkədən (EŞ) məlumat verilib.

Bildirilib ki, rayon ərazisində küləyin törətdiyi fəsadlar operativ şəkildə aradan qaldırılır və yaşayış məntəqələrində elektrik enerjisinin verilişi bərpa edilir.

Hal-hazırda "Azərişıq" ASC-nin Xaçmaz və Xudat elektrik şəbəkələrinin qəza briqadaları işləri davam etdirir.

Xatırladaq ki, ötən gün Xaçmazın 100-ə yaxın kəndi işıqsız qalmışdı.

08:02

Güclü külək Xaçmazda elektrik təsərrüfatına ciddi ziyan vurub.

Bunu AZƏRTAC-a Xaçmaz Rayon Fövqəladə Hallar Komissiyasının sədri Anar Oruclu bildirib.

Anar Oruclunun sözlərinə görə, rayon mərkəzində və 94 kənddə elektrik enerjisinin kəsilməsi səbəbindən 17 min 300 abonent işıqsız qalıb.

Güclü külək bir çox ərazilərdə elektrik naqillərini qırıb, dirəkləri aşırıb. Hazırda müvafiq qurumların əməkdaşları fəsadların aradan qaldırılması üçün səfərbər olunub.

Külək nəticəsində şəhər mərkəzində beşmərtəbəli, dördbloklu yaşayış binasının dam örtüyü uçub, rayon ərazisində ümumilikdə, 6 ağac kökündən qoparaq aşıb.

Hadisələr nəticəsində xəsarət alan olmayıb.

Hazırda rayonda külək əsməkdə davam edir.


Etiketlər:  Xaçmazda elektrik enerjisinin verilişi bərpa olunub YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ