Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2023 08:58
Son aylarda Almaniya Silahlı Qüvvələrinin maddi-texniki bazasının vəziyyəti ilə bağlı tənqidlərə məruz qalan Almaniyanın müdafiə naziri Kristin Lambrext istefa vermək qərarına gəlib.
Bu barədə mənbələrə istinadən "Bild" qəzeti məlumat yayıb.
"Təşəbbüs kanslerin ofisindən deyil, nazirin özündən gəlir. İndi istefa tarixindən danışırıq. Yeni təyin olunacaq nazirlə bağlı məsləhətləşmələr aparılır", - deyə məqalədə blidirilir.
Digər təfərrüatlar barədə məlumat verilməyib.