Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2023 09:50
Rusiya ordusu son 24 saat ərzində Ukrayna ərazisinə 3 hava və 57 raket zərbəsi endirib. Bundan əlavə, onlar çoxsaylı reaktiv raket sistemlərindən, xüsusən də mülki infrastruktura 69 hücum həyata keçirib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının saat 6:00-a olan xülasəsində deyilir.
Qeyd olunur ki, Rusiya ordusu Ukraynanın paytaxtına və digər yaşayış məntəqələrinə raket zərbələri endirmək üçün S-300/S-400 zenit-raket komplekslərindən istifadə edib.
Həmçinin, onlar dəqiq silah olan hava və dəniz qanadlı raketləri və idarə olunan təyyarə raketlərinin 41 buraxılışı həyata keçirib.