Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mətanətdən Elzanın tənqidinə cavab

Mətanətdən Elzanın tənqidinə cavab

Tarix: 16 Yanvar 2023 10:15

Müğənni Mətanət Əsədova Əməkdar artist Elza Seyidcahanın onun ünvanına dediklərinə cavab verib. 

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, Əsədova bu haqda "Günaydın, Azərbaycan" verilişində danışıb. 

"Elza bir dəfə efirə zəng etdi və tənqid etdi. Mənə həmin tənid təhqir kimi gəldi. Onun sözü məni dağa çıxartdı. Bir vaxtlar dostlarımı yığırdım, gedib Elzaya qulaq asırdım. Deyirdim, gözəl sənətin, istedadın var" deyə, Mətanət əlavə edib. 

Qeyd edək ki, Seyidcahan Mətanətə "Mətanət Əsədova kimdir ki? Müğənnidir? Müğənni deyil. Səsi var, səsinin aşiqiyəm. Sənətinin üstünə düşməkdənsə, bədəninin üstə düşüb. Adam səsi montaj edər, oxuyar. Düzü, cavab verər ki, montaja ehtiyacı yoxdur. Qəşəng oxuyur. Mən onu sevmirəm. O, seviləsi adam deyil. Səsini sevirəm. Məsələn, bacımın diapazonu, lirikası, savadı, dünya görüşü var. Nə fayda? Haradadır? Narahat olmalıdır ki, Allah bu səsi verib, inkişaf etdirim. Adam səhvləri düzəldər. Mən Mətanətə dediklərimi, bacıma da deyirəm" sözlərini deyib. 


Etiketlər:  Mətanətdən Elzanın tənqidinə cavab


RƏYLƏR