Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avtomobillərin sığortasından imtina problemi böyüyür - VİDEO

Avtomobillərin sığortasından imtina problemi böyüyür - VİDEO

Tarix: 16 Yanvar 2023 14:16

Bir müddətdir ki, bəzi sığorta şirkətlərinin kiçik mühərrikli avtomobillərin icbari sığortasından imtina etmələri ilə bağlı xəbərlər yayılır.

İddialara görə, belə hallara paytaxtla yanaşı, bölgələrdə də rast gəlinir.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, icbari sığortası olmayan avtomobil sahibləri məcbur qalaraq yola çıxdıqda isə xüsusi texniki vasitələrlə onlar barəsində elektron protokol tərtib edir. Onlar inzibati qaydada 50 manat cərimə olunurlar.

Belə sürücülərdən biri də Cabbar Ağayevdir. ''Xəzər Xəbər''ə müraciət edən sürücü iddia edir ki, onun da avtomobilini sığorta etmirlər.

Ekspert Elməddin Muradlı isə deyir ki, mövcud qanunvericiyə görə, şirkətlərin hanısa marka və ya model avtomobilin icbari sığortasından imtina etmək səlahiyyətləri yoxdur. O təklif edir ki, sığorta şirkətinə müraciət edən sürücülərə rəsmi qaydada imtina verilibsə, onlar məhkəməyə müraciət etsinlər.

Elməddin Muradlı hesab edir ki, sığorta şirkətlərinin bu davranışları avtomobil bazarına da mənfi təsir göstərə bilər.

Bəs avtomobilini icibari qaydada sığorta etdirə bilməyən sürücülərə cərimə yazılmaması üçün hansısa güzəşt edilə bilərmi?

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi vəzifəsini icra edən Araz Əsgərli bildirdi ki, yazılan cərimələr tam qanunuidir.

Qeyd edək ki, icbari sığortanın olmamasına görə fiziki şəxslər 50, hüquqi şəxslər 100, vəzifəli şəxslər isə 300 manat inzibati qaydada cərimə edilirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Avtomobillərin sığortasından imtina problemi böyüyür VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ