Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polislər sıradan çıxmış silahları satırmış

Polislər sıradan çıxmış silahları satırmış

Tarix: 16 Yanvar 2023 21:28

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (DTK) Daxili İşlər Nazirliyinin daxili təhlükəsizlik departamenti ilə birlikdə sıradan çıxarılan və məhv edilməli olan silahların yenidən satışı kanalını ləğv edib.

Sonxeber.net xəbər verir ki, bu barədə komitənin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, cinayətkar dəstə silah-sursatın ikinci dərəcəli dövriyyəsi ilə məşğul olan hüquq-mühafizə orqanlarının indiki və keçmiş əməkdaşlarından, habelə onların əlbirlərindən ibarət olub.

"Sxem istismardan çıxarılan odlu silahların, döyüş sursatlarının və partlayıcı qurğuların sonradan satışa çıxarılaraq uydurma məhv edilməsindən ibarət idi", - deyə ölkənin Milli Təhlükəsizlik Komitəsi bildirib.

Qeyd olunur ki, saxlanılma və axtarışlar zamanı 347 silah, 13 qumbara və 7387 döyüş sursatı götürülüb. Hüquq-mühafizə orqanları keçmiş polis zabitinin yaratdığı yeraltı silahların modifikasiyası sexini də dağıdıblar.

Silah alverçilərinin cinayətkarların, dağıdıcı dini cərəyanların nümayəndələri və keçmiş hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət bütün müştəri şəbəkəsi aşkar edilib", - deyə DTX-nin mətbuat xidməti əlavə edib.

Alma-Ata şəhərinin Almalı Rayon Məhkəməsinin qərarı ilə cinayəti törədən şəxslər təqsirli bilinərək müxtəlif müddətlərə - iki ildən beş ilədək həbs cəzasına məhkum ediliblər. (publika)


Etiketlər:  Polislər sıradan çıxmış silahları satırmış


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ