Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kəlbəcərin qış nağılı - FOTOREPORTAJ

Kəlbəcərin qış nağılı - FOTOREPORTAJ

Tarix: 16 Yanvar 2023 23:10

Respublikamızın dilbər guşələrindən olan Kəlbəcər rayonu əsrarəngiz gözəlliyə, zəngin təbii sərvətlərə malikdir. Kəlbəcər sanki bir təbiət möcüzəsidir. Bu möcüzəni, təbiət gözəlliklərini nə sözlər, nə rəssam fırçası, nə şair qələmi ifadə edə bilər.

Kəlbəcərdə qış fəsli özünəməxsus təbiət mənzərələri ilə diqqəti çəkir. Qar və buzun təbiətin digər komponentləri ilə vəhdəti əsl nağıla bənzəyən gözəlliklərə səbəb olur. Dağları, qayaları, ağacları naxışlarla bəzəyən ağ libas, qarın və şaxtanın yaratdığı tablolar insanı valeh edir.

Milli.Az AZƏRTAC-a istinadən fotoqraf Hikmət Əsgərovun Kəlbəcər rayonunda çəkdiyi fotoları təqdim edir.

Milli.Az


Etiketlər:  Kəlbəcərin qış nağılı FOTOREPORTAJ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ