Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ”ın Ovusu üçün istədiyi məbləğ müəyyənləşdi

“Qarabağ”ın Ovusu üçün istədiyi məbləğ müəyyənləşdi

Tarix: 17 Yanvar 2023 12:40

"Qarabağ"ın futbolçusu Kvabena Ovusu üçün Macarıstan klubu "Ferentsvaroş"dan tələb etdiyi məbləğ müəyyənləşib.

Milli.Az report-a istinadən xəbər verir ki, qanalı hücumçunun qış transfer dönəmində "Ferentsvaroş"a keçidi ağdamlılara 300 min avro qazandıra bilər.

26 yaşlı forvard macarlarla mövsümün sonu üçün azad agent kimi 2 illik müqaviləni razılaşdırsa da, klub onu indi heyətinə qatmaq niyyətindədir. Bu yöndə klublar arasında danışıqlar davam edir. Maliyyə şərtlərində razılıq əldə olunsa, Ovusu yaxın günlərdə "Ferentsvaroş"a qoşulacaq.

Qeyd edək ki, Kvabena Ovusu 2020-ci ilin yanvarından "Qarabağ"ın şərəfini qoruyur. Onun ağdamlılarla müqavilə müddəti mövsümün sonuna qədərdir.

Milli.Az


Etiketlər:  Qarabağın Ovusu üçün istədiyi məbləğ müəyyənləşdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ