Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2023 17:46
Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev evinin kirayəsini verməkdən imtina edib.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məşhur "Phuket Top Team" komandasının tviter hesabı məlumat yayıb.
Məlumatda bildirilir ki, R.Fiziyev Tailanddakı evi üçün 39 min bat (2040 manat) olan borcunu verməkdən boyun qaçırıb.
Səhifə bunun üçün idmançının növbəti döyüşdə üz-üzə gələcəyi amerikalı Castin Qetjiyə müraciət də ünvanlayıb.
Müraciətdə Qetjinin Fiziyevdən pulu alması istənilib.