Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2023 20:25
"Mehriban nəvəm hələ çox kiçikdir. Bir göz qırpımında vaxt gəldi, getdi. İbrahim də ailə qurdu. Artıq o da atadır. Mən isə ikinci dəfə baba oldum. Qızımın altı yaşlı Araz adında oğlu var. Nəvəmə nənəsinin adını qoymuşuq".
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Çingiz Əhmədov qonaq olduğu "Şənbə axşamı" verilişində deyib.
60 yaşlı sənətkar bildirib ki, səhnədə nə qədər deyib, gülsə də, evdə bir o qədər zəhmlidir:
"Aydan və İbrahim ikisi də doğmalarım, əzizlərimdir. İbrahim tamamilə başqa bir ampluadadır, zarafatı və şitliyi sevmir. Mən efirdə buyam, amma evə getdim tamamilə ciddiyəm. Başqa bir Çingiz oluram. Evdə görəsiniz məni... Aç qapını, qoyum qulağının dibinə", - deyə Çingiz Əhmədov vurğulayıb.