Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dəhşətli hadisə: Polis 49 qadını zorladı, sonra isə... - Ölkə şokda

Dəhşətli hadisə: Polis 49 qadını zorladı, sonra isə... - Ölkə şokda

Tarix: 17 Yanvar 2023 21:32

Londonda hər kəsi şoka salan hadisə yaşanıb. Yüksəkrütbəli polis əməkdaşı qadınlara qarşı ən azı 49 cinsi təcavüz cinayəti törətdiyini etiraf edib. Qurbanlarını qorxutmaq üçün vəzifəsindən sui-istifadə etdiyini etiraf edən Devid Kerrik adlı məmurun 24 zorlama cinayəti törətdiyi və iki dəfə zorlamaya cəhd etdiyi açıqlanıb.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, Prokurorluq tərəfindən verilən açıqlamada, Kerrikin etiraf etdiyi 49 cinayətdən bəzilərinin birdən çox cinayəti ehtiva etdiyi və ümumi cinayət sayının ən az 71 olduğu ifadə olunub.

Kerrik bazar ertəsi Southwark Crovn məhkəməsindəki dinləmədə 2003-cü ildə 40 yaşlı qadını dörd dəfə zorladığını etiraf edib. Bildirib ki, qurbanlarından birini zorla evində pilləkənlərin altındakı kiçik şkafda saxlayıb.

47 yaşlı Kerrik polis qüvvələrinin Parlament və Diplomatik Mühafizə Komandanlığı adlı xüsusi bölməsində xidmət edib. Vəzifəsindən uzaqlaşdırılan manyakın istintaqı 2021-ci ilin oktyabrında bir qadının şikayəti ilə başlayıb və o vaxtdan bəri cəmi 12 qadın Kerrik tərəfindən hücuma məruz qaldıqlarını bildirib.

2003-2020-ci illər arasında 17 illik müddət ərzində onun cinayətlərinin çoxu polis məmurunun yaşadığı Hertfordşir bölgəsində baş verib.

Kerrik bu insanların bəziləri ilə Tinder və Badoo kimi onlayn uyğunlaşma proqramları vasitəsilə tanış olub və onların etibarını qazanmaq üçün postundan istifadə edib. Kerrik bəzi qurbanlarını vəhşicəsinə manipulyasiya edib, onları pulsuz qoyub, dəfələrlə cinsi təcavüz və zorlamalar törədib.

Kerrik birlikdə olduğu qadınların geyimindən tutmuş yedikləri və geyəcəklərinə qədər onların həyatlarına nəzarət edib, hətta bəzi qadınların öz uşaqlarını görməsinə qadağa qoyub.

Kerrik günahını boynuna aldıqdan sonra onun London Metropoliten Polis Xidmətindən aldığı aylıq maaşı kəsilib və sürətləndirilmiş qanun pozuntusu prosesi başladılıb.

London meri Sadiq Xan deyib ki, o, Kerrikin cinayətlərindən tamamilə iyrənir və dəhşətə gəlir: "Onun polis statusundan bu qədər dəhşətli şəkildə sui-istifadə edə bilməsi ilə bağlı suallara cavab verilməlidir".

Böyük Britaniyada Baş nazirin ofisi bunun "dəhşətli bir hadisə" olduğunu və baş nazirin qurban olan hər kəsin yanında olduğunu bəyan edilib.

2000-2021-ci illər arasında Kerriklə bağlı 9 hadisə məlum olub. Lakin qadınlar rəsmi şikayət etmək istəmədiklərindən və ya polislə əməkdaşlıqdan əl çəkdiklərindən araşdırma açmaq mümkün olmayıb.

Karrikin cəzası fevralın 6-da elan olunacaq. Oktyabr ayında açıqlanan hesabata görə, London Metropoliten Polis Xidmətində qanunu pozan və vəzifə səlahiyyətlərindən sui-istifadə edən yüzlərlə polis heç bir cəza almadan işini davam etdirib.

Agentlik cinsi zorakılıq, irqçilik və homofobiya kimi cinayətləri cəzalandırmaqda çətinlik çəkir.


Etiketlər:  Dəhşətli hadisə Polis qadını zorladı sonra isə Ölkə şokda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ