Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2023 21:36
Hind quşu əti bütün sinir sisteminin bərpasına kömək edir.
"Medicina" xəbər verir ki, bu quş əti B qrup vitaminləri ilə zəngindir.
Diyetoloq Yelena Solomatina orta yaş və yaşlı insanların beyni üçün bu ətin faydalarını açıqlayıb.
Bir çox xəstələr və yaşlılar B qrup vitamin,xüsusən B6,B12 əskikliyindən əziyyət çəkir.
Əgər insanda B12 çatışmırsa, bu zaman yerişdə səntirləmə, başgicəllənmə, halsızlıq ola bilir.
Ona görə B ilə zəngin hinduşka ətinə keçə bilərsiz.
Bu ətlə müntəqəm qidalandıqda, sinir sistemi möhkəmlənir, tərkibində olan fosfor yaddaş və düşüncə üçün vacibdir.
Onda yarıdoymuş yağ turşuları var ki, o qanda xolesterini azaldır, damar tutulmasına qarşıdır.
Sinir hüceyrələri və tellərinin üst qatı olan mielinin qorunmasına da yardım edir.
Nevroloji pozulmalardan sığortalanmaq üçün həftədə 2 dəfə hinduşka əti yeyin.