Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2023 21:40
Fransada ötən il 723 min körpə doğulub ki, bu da 1946-cı ildən bəri ən aşağı göstərici hesab edilir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Fransa Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutu məlumat yayıb.
Belə ki, 2022-ci ildə doğum sayı öncəki ilə nisbətdə 19 min azalıb. Müvafiq olaraq ölənlərin sayında ötən illə müqayisədə 5 min azalma qeydə alınıb.
Məlumata görə, 2021-ci ildə doğum faizi 1,84 idisə, ötən il bu rəqəm 1,80 olub ki, bu da 1946-cı ildən bəri ən aşağı hədd sayılır. Buna baxmayaraq ölkə əhalisi 1 yanvar 2023-cü il tarixinə olan məlumata görə, 0,3 faiz artımla 68 milyona yüksəlib.