Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2023 22:06
Bir sıra internet səhifələrində soğan suyu ilə çəki verməyin mümkünlüyü barədə məlumatlar paylaşılır.
"Medicina" xəbər verir ki, soğan metobalizmanı sürətləndirərək ya da toxluq hissini yaradaraq çəki vermədə kömək ola bilər. Mütəxəssislərə görə, bunun yanında pəhriz də etmək lazımdır. Soğan suyu da bu cür təsirə malikdir.
Araşdırmalara görə, soğanın birbaşa arıqlatmağa təsiri olduğu sübut olunmayıb. Amma kömək edə biləcək bir təsirə malikdir. Məsələn, soğan şorbasında kalorinin az olması səbəbi ilə sizi tox tutacaq. Yəni etdiyiniz pəhrizə az kalorili olması ilə dəstək verə bilər.
Soğan suyu pəhriz siyahısında "şok" dietlərdə daha çox yer alır. Köməkçi bir məhsul kimi pəhrizinizə əlavə edə bilərsiniz. Amma soğan suyu ya da soğan şorbası ilə çəki atmağı sınamaq olar.
Soğan şorbasında olan vitaminlər; A, C, D, E, B1, B2, B5, B6, B12-dir. Həmçinin fosfor, kalium, mis, sink, maqnezium, folat, selenyum, dəmir, kalsium kimi mineralları olur.