Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qazaxda mikroavtobus minik maşını ilə toqquşdu: Xəsarət alanlar var

Qazaxda mikroavtobus minik maşını ilə toqquşdu:  Xəsarət alanlar var

Tarix: 17 Yanvar 2023 22:22

Qazaxda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var.

"Report"un məlumatına görə, Qazax rayon Kəmərli kənd ərazisində "QAZel" markalı mikroavtobus minik avtomobilinin anidən qarşısına çıxması səbəbindən idarəetmədən çıxıb və yol kənarındakı arxa düşüb.

Qəza nəticəsində 7 nəfər - Əhmədov Səməd (2005) Lenanov Elçin (2005), Həsənova Ülviyyə (2001), Həkimova Cəmalə (1988), Rəhimova Şəfiqə (2004), Məmmədova Solmaz (2006), Muradova Nurlanə (2002) xəsarət alıb.

Onlar Qazax Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Xəsarət alanlardan birinə ambulator müalicə göstərilib. Daha 6 nəfərin müalicəsi isə davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Qazaxda mikroavtobus minik maşını ilə toqquşdu Xəsarət alanlar var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ