Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Korea Post”: “Qara Yanvar”a görə keçmiş SSRİ rəhbərliyi məsuliyyəti daşıyır”

“Korea Post”: “Qara Yanvar”a görə keçmiş SSRİ rəhbərliyi məsuliyyəti daşıyır”

Tarix: 18 Yanvar 2023 12:03

Azərbaycanlılara qarşı 1990-cı il yanvarın 20-də törədilən və tarixə "Qara Yanvar" kimi düşən cinayətə görə keçmiş SSRİ rəhbərliyi məsuliyyət daşıyır.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "The Korea Post"da dərc olunan məqalədə yazılıb.

Məqalədə qeyd olunub ki, BMT-nin Ümumdünya insan hüquqları Bəyannaməsinin, "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulmasına səbəb olan bu hadisələrdən 33 il keçməsinə baxmayaraq, onlara hələ də beynəlxalq siyasi və hüquqi qiymət verilməyib: "Beynəlxalq hüquqa görə, 20 Yanvar hadisələri bəşəriyyətə qarşı cinayət kimi tövsif edilməli, onun təşəbbüskarları və icraçıları məsuliyyətə cəlb edilməlidir. Bu qədər dinc azərbaycanlının qətlə yetirilməsinin səbəbi milli hərəkata əngəl törətmək, həmçinin 1980-ci illərin sonunda Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarından və yüz minlərlə azərbaycanlının Ermənistandan zorakılıq və vəhşiliklə müşahidə olunan deportasiyasından sonra Azərbaycan xalqının güclənən müstəqillik iradəsini qırmaq istəyi ilə bağlı idi".

"1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə 26 min sovet hərbçisi Bakı və Sumqayıta, eləcə də Azərbaycanın digər şəhərlərinə yeridildi, nəticədə 147 dinc sakin həlak oldu, 744 nəfər ağır yaralandı. Azərbaycan Milli Məclisinin 1994-cü ilin fevralında baş tutmuş xüsusi iclasında 1990-cı il yanvarın 20-də günahsız insanların vəhşicəsinə qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib.

Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların, o cümlədən "Qara Yanvar" şəhidlərinin ruhu bu gün nəhayət ki, rahatlıq tapıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu torpaqları işğaldan azad edib, Azərbaycanın ərazi bütövlüyünü bərpa edib", - məqalədə bildirilib.

Milli.Az


Etiketlər:  Korea Post Qara Yanvara görə keçmiş SSRİ rəhbərliyi məsuliyyəti daşıyır


RƏYLƏR