Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2023 12:48
Böyük Britaniyanın cənub-qərbində yerləşən Bridcuoter şəhərində ikimərtəbəli avtobus qəzaya uğrayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, nəticədə içində 70 sərnişin olan avtobus aşıb. Xeyli sayda sərnişin xəsarət alıb, ölüm halı ilə bağlı hələlik məlumat yoxdur.
Bu barədə yerli xilasetmə xidmətindən məlumat verilib.
Əsas magistral yolun qəza baş verən hissəsində nəqliyyatın hərəkəti dayandırılıb. Təcili yardım xidmətləri hadisə yerindədir.
Polisdən verilən məlumata görə, hadisəyə səbəb avtobusla motosikletçinin toqquşması olub.
Həmçinin qeyd edilir ki, avtobus "Hinkley Point C" atom elektrik stansiyasından işçilərini daşıyırmış.